"Qarabağ"ın baş məşqçi Qurban Qurbanov futbolçusu Emmanuel Addaini qidalanma rejimini pozduğuna görə cərimə edib.
QOL.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında bildirib ki, bir müddət əvvəl qidasına fikir veməyən qanalı vinger artıq normal rejimə düşür:
"İstənilən futbolçunun hansısa çatışmayan cəhətləri var. Daha çox özündən asılı olmayan.... İstər-istəməz gəldiyi vaxtla indiki arasında çox fərq var. Oyununda yox, işinə yanaşmasında belədir. Bizim istəklərimizi yerinə yetirməsində çox böyük dəyişiklik var. İnsan orqanizmi fərqlidir. O rejimdən bizim Azərbaycan mətbəxinə düşüb. Həmişə dünyanın ən ləzzətlisi Azərbaycan mətbəxidir. Həqiqətən elədir. O da gəlib, bu cür yeməkləri görür, yeməklərə həvəsli olur. Əvvəl də var idi. Onu yeməklə bağlı kiçik cərimələr də etmişik (gülür).
Bəzi insanlar fərqli, həssas olurlar. Gözümüz onun yediyi yeməkdə deyil. Bəzi narazılıqlar olub. Amma son vaxtlar hər şey qaydasındadır. Özüm də bu yolu keçmişəm. İnsan bir həftə-10 gün yaxşı rejimdə olanda, iştahı çoxalır, yaxşı yeməklər yemək istəyir. Dəyişiklik çox olub. Ciddi problem deyil. Çox şey yaxşılığa doğru gedir".
Qeyd edək ki, 24 yaşlı futbolçu ötən ilin avqust ayından "Qarabağ"da çıxış edir.