RU

Azərbaycanda ağır yol qəzası: Ölənlər və yaralananlar var - Foto

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ-2115" markalı nəqliyyat vasitəsi toqquşub. pizza hut

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
13
50
yenisabah.az

10Источники