AZ

Dəhşətli qəzada: ata və iki aylıq körpəsi öldü - ADLAR

Biləsuvar rayonunda baş verən ağır qəzada ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, avqustun 11-də saat 18:15 radələrində köhnə Ələt–Astara avtomobil yolunun 90,5-ci kilometrliyində “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, “99 BB 480” dövlət qeydiyyat nişanlı “Mercedes”in sürücüsü Biləsuvar sakini Ağalı Cəfər Naib oğlu olub. Avtomobildə sərnişin qismində 1961-ci il təvəllüdlü Qurbanov Gülağa Rəhim oğlu və 1975-ci il təvəllüdlü Orucova Şəhla Hüseynağa qızı olub. Hər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər nəqliyyat vasitəsi – “99 SS 957” dövlət qeydiyyat nişanlı “VAZ 21015”in sürücüsü Cəbrayıl rayon sakini, 1993-cü il təvəllüdlü Elşən Niftəliyev və onun 2 aylıq körpəsi Ahu Niftəliyeva hadisə yerində dünyasını dəyişiblər. Sürücünün həyat yoldaşı, 1996-cı il təvəllüdlü Günay Niftəliyeva isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Ümumilikdə qəza nəticəsində 3 nəfər – 2 qadın və 1 kişi xəstəxanaya hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
76
50
redaktor.az

10Mənbələr