RU

Biləsuvarda ağır qəza - 2 ölü, 3 yaralı var - Foto

Biləsuvarda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki,  “Mercedes” və “VAZ 2115” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanın olduğu deyilir. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Избранный
2
50
qafqazinfo.az

10Источники