RU

Tramp Milli Qvardiyanın Vaşinqtona yerləşdirəcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda polis idarəsini federal nəzarət altına alacağını və Milli Qvardiyanı şəhərə yerləşdirəcəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında deyib.

Prezident bu addımı paytaxtı cinayətlərdən, qan tökülməsindən, səfalətdən xilas etmək üçün atacağını bildirib.

Tramp Vaşinqtondan başlayacağını, lakin cinayətə qarşı daha geniş mübarizənin ABŞ-ın digər ərazilərində də aparılacağını söyləyib.

Избранный
61
36
ikisahil.az

10Источники