Vaşinqton, 10 avqust , AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentinin sözçüsü Tammi Bryusu ABŞ-nin BMT-dəki nümayəndəsinin müavini təyin edib.
AZƏRTAC-ın məlumatına görə, prezident ona səfir rütbəsi verib. “İkinci prezidentlik dövrümün əvvəl ondən Tammi Bryus Dövlət Departamentinin sözçüsü kimi əla xidmət göstərib və burada çox yaxşı iş görüb. O, BMT-də ölkəmizi parlaq şəkildə təmsil edəcək”, -deyə Tramp bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton