Türkiyənin Van bölgəsində ağardıcı krem 4 nəfəri xəstəxanalıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, onlayn olaraq satılan məhsul istifadə edən şəxslərin dərisini yandırıb. Eyni şikayətlə 4 nəfər xəstəxanaya yerləşdirilib.
28 yaşlı zərərçəkən bildirib ki, yaxın ətrafında da bu kremdən istifadə edənlər olub:
“Bu ağardıcı məhsulu istifadə edənlər var idi. Onlara güvənib aldım. İlk istifadə etdiyim zaman heç bir əks təsir görmədim. Lakin istifadəni dayandırdıqdan təxminən 5 gün sonra bu problemlər, qızartılar, yanıqlar əmələ gəldi”. (Qafqazinfo.az)
Bizim.Media