RU

Paşinyan ilə Qazaxıstan prezidenti arasında telefon danışığı olub

Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Nikol Paşinyan avqustun 8-də ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə Vaşinqtonda keçirilən görüşün nəticələri barədə Qazaxıstan liderinə ətraflı məlumat verib. O, bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Sazişin paraflanması, ATƏT-in Minsk qrupu mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətin ünvanlanması və regional kommunikasiyaların açılmasına dair razılaşmaya diqqət çəkib.

Qazaxıstan prezidenti Ermənistanın baş nazirini əldə olunmuş razılaşmalar nəticəsində Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə təbrik edib və prosesi dəstəklədiyini bildirib. Həmsöhbətlər regionda açılan yeni investisiya imkanlarını müzakirə ediblər və bunun hər iki ölkənin investorları arasında müsbət qarşılanacağı ilə bağlı razılığa gəliblər.

Ermənistan baş naziri və Qazaxıstan prezidenti fəal siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Избранный
50
50
operativmedia.az

10Источники