“AzerGold” QSC-nin 31.12.2024-cü il tarixinə işçilərinin sayı 1037 nəfər təşkil edib.
Banker.az bu barədə şirkətin illik hesabatına istinadən xəbər verir.
30.09.2024-cü il tarixində isə “AzerGold” şirkətində işçi sayı 1017 nəfər olub ki, bu da 3 ayda 20 nəfərin artması deməkdir.
Ötən ilin mart ayının sonuna şirkətin işçi sayı 994 nəfər, iyun ayının sonuna isə 990 nəfər təşkil edib.
Xatırladaq ki, “AzerGold” QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.