“Rabitəbank”ın 2024-cü ilin 4-cü rübünə faktiki işçilərinin sayı 1270 nəfər olub.
Banker.az bu barədə bankın illik hesabatına istinadən xəbər verir.
2024-cü ilin 1-ci rübünə isə bankın 1208 nəfər işçisi olub ki, bu da işçilərin sayının 62 nəfər artması deməkdir.
Ötən ilin 4-cü rübündə “Rabitəbank” 100 nəfəri, 3-cü rübdə 90 nəfəri, 2-ci rübdə 87 nəfəri, 1-ci rübdə isə 105 nəfəri işə qəbul edib.