Fransa prezidenti Emmanuel Makron Qəzza zolağında vəziyyəti sabitləşdirmək üçün BMT-nin himayəsi altında beynəlxalq koalisiya yaratmağı təklif edib.
Bakues.az “AFP”yə istinadən xəbər verir ki, o, İsrail hökumətinin Qəzza zolağına nəzarəti ələ keçirmək planını “fəlakətli” adlandırıb.
“BMT-nin rəhbərlik etdiyi koalisiya terrorla mübarizə, Qəzzanı sabitləşdirmək, sülh və sabitliyi təmin edən idarəetmə sistemi yaratmaq üçün prioritet olmalıdır”, – Makron bildirib.
Asim