RU

Ukrayna: ruslar cənubda hücumları bərpa edib

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya zirehli texnika və motosikletlərdən istifadə edərək Ukraynanın cənubunda hücum əməliyyatlarını bərpa edib. Onlar Malaya Tokmaçka və Novodanilovka yaşayış məntəqələri istiqamətində irəliləməyə çalışırlar. Reyting.az xəbər verir ki, bunu Ukraynanın “Cənub” Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin “Ukrinform”un müxbirinə açıqlamasında bildirib.V. Voloşin deyib ki, cənub istiqamətində son 24 saat kifayət qədər gərgin keçib, çünki ruslar tank və zirehli texnikadan istifadə edərək mexanikləşdirilmiş kolonlarla hücumları bərpa etməyə cəhd göstərib, həmçinin motosikletlərdən istifadə edərək hücumları bərpa edib.Voloşinin sözlərinə görə, ruslar zirehli texnikadan istifadə etməklə Malaya Tokmaçka qəsəbəsi istiqamətində hücuma keçsə də, Ukrayna Müdafiə Qüvvələri bu hücumu uğurla dəf edə bilib.ELÇİN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
104
21
reyting.az

10Источники