Sum vilayətində vəziyyət Ukrayna Müdafiə Qüvvələri üçün stabilləşir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin mayoru, politoloq Andriy Tkaçuk məlumat verib.
Onun sözlərinə görə, bölgədə Ukrayna ordusu əks-hücum əməliyyatlarına keçib:
“Düşmən uzun müddət Sum vilayətinin mərkəzinə hücum edəcəyi ilə bağlı təzyiq göstərirdi. İnanın ki, bu gün onların belə bir hücumu həyata keçirmək gücü yoxdur – bunun üçün qeyri-real dərəcədə böyük resurslar tələb olunur. Kondratovka istiqamətində artıq üstünlüyümüz var. Dünən isə daha bir yaşayış məntəqəsi azad edildi”, – deyə Tkaçuk bildirib.
O əlavə edib ki, Ukrayna Müdafiə Qüvvələri tədricən rus qoşunlarını Sum vilayətindən sıxışdırır və eyni zamanda Rusiya ərazisində də döyüş əməliyyatlarını davam etdirir.
//Samir Qurbanov, Editor.az