RU

Rusiyalı deputat gülünc fikirlərlə Azərbaycanı hədələdi

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Kremlin təbliğatçılarının ardınca Rusiya Dövlət Dumasından da Bakıya qarşı hədələr gəlir.

Belə ki, Moskva Bakının Ukraynaya humanitar yardım göndərmək qərarına cavab olaraq Azərbaycan mallarının idxalına qadağa qoya bilər.

"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə rusiyalı deputat Andrey Qurulev özünün "Telegram" kanalında bəyan edib.

O, Rusiyanın Azərbaycan məhsullarının idxalına qadağa tətbiq edə biləcəyini deyib.

Deputat "Əgər Rusiyada piştaxtalarda Azərbaycandan gələn mal yoxdursa, o zaman bizim üçün heç nə dəyişməyəcək, amma onlar üçün çox şey dəyişəcək", - kimi gülünc fikirlər səsləndirib.

Onun fikrincə, Rusiya kimi böyük qonşu ilə münasibətləri korlamaq ağılsızlıqdır. Qurulev qeyd edib ki, Rusiyada azərbaycanlı sahibkarları da "çimdikləmək" mümkündür.

Deputat, həmçinin, "xüsusi hərbi əməliyyat"ın çevik anlayış olduğunu və Rusiya sərhədləri boyunca geniş şəkildə tətbiq oluna biləcəyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya propaqandası sahəsində tanınan Vladimir Solovyov və hərbi jurnalist Yuri Podalyaka da Azərbaycan əleyhinə təhdidlər səsləndirib.

Avqustun 11-də Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi üçün vəsaitin göndərilməsi haqqında sərəncam verib. Məlumata görə, vəsait (iki milyon ABŞ dollarının manat ekvivalentində) ölkənin ehtiyat fondundan ayrılacaq.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
85
49
cebheinfo.az

10Источники