AZ

Qurilyovun söylədikləri populist bəyanatdan başqa bir şey deyil

ain.az, Newscenter.az portalına istinadən məlumat verir.

Rusiya Dövlət Dumasının deputatı Andrey Qurilyovun Dumada Azərbaycan əleyhinə çıxış edərək, ölkəmizdən Rusiyaya göndərilən mallara qadağa qoyulmasını təklif etməsi şüursuz təşəbbüsdür.Newscenter.az-ın xəbərinə görə, bunları deyən siyasi ekspert Çingiz Şahbazi bildirib ki, Qurilyov kimiləri bu addımla Rusiyada yaşayan azərbaycanlılara və xüsusilə də iş adamlarına təsir göstərməklə, əslində onların bundan dolayı Azərbaycan hakimiyyətinə təsir göstərə biləcəyini ehtimal edərək, şüursuz təkliflər və iddialar səsləndirməklə məşğuldurlar:"Heç şübhəsiz ki bu kimi sərsəm fikirlərin bundan sonra da səslənməsi mümkündür. Əslində iki ölkə arasında münasibətlərin korlanması fonunda deputat Andrey Qurilyovun bu səpkidə çıxışı, fursəti əldən verməmək məqsədi daşıyır və xüsusilə də siyasi hakimiyyətə yaltaqlanmaq və özünü belə ucuz cixışlarla vətənpərvər göstərmək məqsədi daşıyır. Bu kimi çıxışların Dövlət Dumasında hələ davam edəcəyini istisna etmək olmaz. Andrey Qurilyovun və digər deputatların Azərbaycana qarşı, əsassız və kinli çıxışlarının çox şahidi olmuşuq. İnanmıram ki, Rusiyada hamı deputat Qurilyov kimi düşünür. Onun söylədikləri populist bəyanatdan başqa bir şey deyil".Ekspert deyib ki, Rusiyada istər iqtisadi baxımdan, istərsə də ölkəyə daxil olan qida məhsulları ilə bağlı məsələlər ürəkaçan deyil:"Ölkənin qida sektorunda vəziyyət hər gün ağırlaşmaqdadır. Heç kimə sirr deyil ki, Azərbaycan əsilli iş adamlarının Rusiyanın qida sektorundakı yeri və rolu, bu sahəyə verdikləri əmək və qurduqları ağıllı sistemi dağıtmaq, ancaq Rusiyanın düşmənlərinin ağlına gələ bilər və düşünürəm ki, bunun baş verməsi mümkün deyil. Çünki, bu işin alternativi yoxdur. Rusiya və Azərbaycan arasında əlaqələrin normala qayıtmasının zəruriliyini inanıram ki, Rusiya reallığı bir azdan anlayacaq və əlaqələr öz sabit axarına dönəcək".Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
50
newscenter.az

10Mənbələr