Aktual.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün nəticələri barədə Putini ətraflı məlumatlandırıb.
Putin isə İrəvanla Bakı arasında davamlı sülhün təmin edilməsi üçün atılan addımların vacibliyini qeyd edib.
Rusiya prezidenti Paşinyana ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla söhbətin əsas nəticələri və Alyaskada ABŞ Prezidenti Donald Trampla görüşə hazırlıq barədə məlumat verib.