RU

Arakçi də Zəngəzur dəhlizinindən danışdı: Üç prinsip İranın mövqeyinə uyğundur

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistandan keçən dəhliz məsələsi tamamilə aradan qaldırıldı. İndi söhbət Ermənistanın suverenliyi və yurisdiksiyası altında, bu ölkənin ərazisində tikiləcək tranzit yolundan gedir. Bu layihənin həyata keçirilməsi özəl şirkətin məsuliyyətindədir və bəyanatda qeyd olunur ki, o, Ermənistanda qeydiyyatdan keçmiş və bu ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərən Amerika-Ermənistan şirkəti olacaq.Turkustan.az “İrna”ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçi deyib.

“İki ölkənin, Ermənistan və Azərbaycanın birgə bəyanatında aşağıdakı üç prinsip müəyyən edilib:

region ölkələrinin suverenliyinə hörmət, ərazi bütövlüyünə hörmət və sərhədlərdə istənilən dəyişikliyə qarşı çıxmaq. Bu, İranın mövqeyinə tam uyğundur.

Təbii ki, regionda istənilən formada xarici mövcudluğun bölgədə sülh və sabitlik üçün mənfi nəticələri ola bilər. Biz bu məsələni Azərbaycan və Ermənistan tərəfləri qarşısında həmişə qaldırmışıq və bundan sonra da vurğulayacağıq. Biz hadisələri diqqətlə izləyirik. İndiyə qədər bizim prinsipial mövqelərimiz müşahidə olunub, lakin Amerika şirkətinin mümkün iştirakı narahatlıq doğurur və biz bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirəcəyik.

İran regionda hər hansı xarici mövcudluğa qarşı xəbərdarlıq edib və bu cür hərəkətlərin sülh və sabitliyə təhlükə yarada biləcəyini vurğulayıb. Bu layihədə Amerika şirkətinin ola biləcəyi ehtimalı İranı narahat edir, bu məsələ tərəflərlə müzakirə olunub və hadisələr diqqətlə izlənilir”.Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkian jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualını cavablandırarkən bildirib ki, İranın bu marşrutla bağlı tələbləri nəzərə alınıb.

Onun sözlərinə görə, məsələ xəbərlərdə şişirdildiyi kimi deyil. ABŞ-ın regionda iştirakı ilə bağlı İranda narahatlığın olub-olmadığı sualını Pezeşkian belə cavablandırıb:

“Bu, məsələlərdən biridir. Amma əsas odur ki, ərazi bütövlüyü, eləcə də Avropaya və ya şimala gedən yolumuzun bağlanmaması məsələləri nəzərə alınıb. Yeganə narahatlıq isə bu yolun amerikalı və erməni şirkətlər tərəfindən inşa ediləcək olmasıdır”./modern.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
73
50
icma.az

10Источники