Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qaqauz Muxtariyyətinin Başqanı Yevgeniya Qutsulun fəalları və tərəfdarları Moldova Ədliyyə Nazirliyinin binası yaxınlığında etiraz aksiyası keçirirlər.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat dərc edib.
Qeyd edək ki, avqustun 5-də Moldova məhkəməsi Qaqauziya rəhbərini müxalif “Şor” partiyasının maliyyələşdirilməsində qanun pozuntusu ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edib. Hökm elan edildikdən sonra Kişinyovda məhkəmə binası qarşısında Qutsul tərəfdarları ilə polis arasında toqquşma baş verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.