AZ

İsraildə girov sazişi və müharibənin dayandırılması tələbi ilə tətil və etirazlar keçirilir, həbs edilənlər var

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün səhər saatlarında İsrailin müxtəlif şəhərlərində minlərlə insan küçələrə axışaraq girovların və həlak olan hərbçilərin ailələrinin çağırışı ilə elan olunmuş ümummilli tətilə qoşulub.

APA xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.

Etirazçılar Qəzza müharibəsinin dayandırılmasını və terror qrupları tərəfindən zolaqda saxlanılan bütün girovların azad edilməsini tələb ediblər.

Günün ilk yarısında polis ölkə üzrə 30-dan çox etirazçını həbs etdiyini bildirib. Aktivistlər küçələri bağlayıb və bəzi hallarda yolu açmağa çalışan polis əməkdaşları ilə toqquşublar.

Qüds yaxınlığında, polis paytaxta aparan 16-cı marşrutun tunelində yerdə oturan etirazçıları dağıtmaq üçün su şırnağından istifadə edib. Tel-Əvivdə isə hüquq-mühafizə orqanlarının məlumatına görə, 11 nümayişçi “ictimai qaydanı pozduqları və hərəkət azadlığını ciddi şəkildə məhdudlaşdırdıqları” üçün həbs olunub.

Nümayişçilər əsas yolları bağlayıblar. Etirazçılar həmçinin bir sıra hökumət nazirlərinin evlərinin qarşısında toplaşıblar. Onların arasında Qüdsdə Strateji Məsələlər naziri Ron Dermer, Modiin şəhərində Ədliyyə naziri Yariv Levin, paytaxtda İqtisadiyyat naziri Nir Barkat, Hod Haşaronda Təhsil naziri Yoav Kiş və Kfar Sabada Xarici İşlər nazirinin müavini Şarren Haskelin evləri olub.

Etirazlar “Oktyabr Şurası” tərəfindən təşkil olunub. Bu şura 7 oktyabr hücumunda həyatını itirənlərin, girov götürülənlərin ailələrindən və sağ qalanlardan ibarətdir. Onlar Qəzza müharibəsinin dayandırılmasını və orada saxlanılan 50 girovun geri qaytarılmasını tələb edirlər. Yüzlərlə bələdiyyə, biznes qurumu, universitet, texnologiya şirkətləri və digər təşkilatlar tətilə qoşulduqlarını və ya işçilərə qoşulmaq imkanı verəcəklərini elan ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
39
apa.az

10Mənbələr