RU

İşə piyada getmək xərçəng riskini yarıbayarı azaldır - Oksford Universiteti

Oksford  və Oklend Universitetləri alimlərinin apardığı araşdırmaya görə, işə piyada getmək qaraciyər şişi riskini demək olar ki, yarıbayarı azaldır.

Sherg.az xəbər verir ki, araşdırma çərçivəsində 40–69 yaş aralığında olan 250 mindən çox britaniyalının işə getmə üsulları təhlil edilib.





 

 
İştirakçıların 14%-nin işə piyada, 8%-nin velosipedlə, 15%-nin ictimai nəqliyyatla, 63%-nin isə avtomobillə getdiyi müəyyən olunub.

Bundan əvvəl aparılmış oxşar tədqiqatlar, işə piyada və ya velosipedlə getməyin döş və bağırsaq xərçəngi riskini azaltdığını göstərmişdi. 


Yeni tədqiqat isə bu nəqliyyat üsullarının qaraciyər və böyrək xərçəngi üzərindəki təsirini araşdırıb. Digər 16 xərçəng növü ilə isə əhəmiyyətli bir əlaqə aşkarlanmayıb.
Избранный
25
sherg.az

1Источники