RU

Bakıda tamah niyyəti ilə törədilmiş qətl hadisəsi üzrə iki nəfər həbs edilib

Paytaxtın Nəsimi rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə rayon prokurorluğu məlumat yayıb.

İlkin araşdırmalara əsasən, 1991-ci il təvəllüdlü İsgəndər Əliyev 4 avqust gecəsi, saat 4 radələrində, yaşadığı evdə Fazil Feyzullayev və Ülvi Abasov tərəfindən tamah niyyəti ilə, qabaqcadan əlbir şəkildə qətlə yetirilib. Onların mərhumu yatarkən öldürdüyü, daha sonra isə Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayıraraq sellofan torbalarda Ağsu rayonuna aparıb müxtəlif ərazilərə atdığı bildirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri üzrə cinayət işi başlanıb.

Toplanmış sübutlar əsasında hər iki şəxs təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmə qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq davam edir.

Избранный
14
50
anews.az

10Источники