RU

Ölkədə sənaye istehsalı azalıb

2025-ci ilin yanvar-iyulunda ölkədə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 36,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 % az sənaye məhsulu istehsal edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 3,5 % azalıb, qeyri neft-qaz sektorunda isə 5,5 % artıb.

Sənaye məhsulunun 61,5 %-i mədənçıxarma sektorunda, 32 %-i emal sektorunda, 5,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

 

Избранный
26
11
anews.az

10Источники