Fransa, İspaniya və Portuqaliyanın bir sıra regionlarında havanın temperaturu +40°C-dən yüksək səviyyəyə qalxıb. Mütəxəssislər istilərin pik nöqtəsinin bazar ertəsi və çərşənbə axşamı olacağını proqnozlaşdırırlar.
Fransada 46 departamentdə istilə görə “narıncı” səviyyəli xəbərdarlıq elan olunub. Xüsusilə cənub bölgələrində +40°C və daha yüksək temperatur gözlənilir.
İspaniyanın cənubunda və Kanar adalarında Saharadan gələn isti külək – kalima – görmə qabiliyyətini azaldır və nəfəs almaqda çətinliklər yaradır. Tenerifedə “qırmızı” xəbərdarlıq verilmişdir. Leon və Xeres şəhərlərində baş vermiş meşə yanğınları onlarla insanın təxliyəsinə səbəb olub, UNESCO-nun qorunan Las Medulas abidəsini də təhlükə altına qoyub.
Portuqaliyada isə əsas yanğınlar nəzarət altına alınsa da, ölkə yüksək hazırlıq vəziyyətində qalır. Bir çox bölgələrdə “qırmızı” və “narıncı” xəbərdarlıqlar qüvvədədir. Yanğınsöndürmə xidmətləri yüzlərlə yanğınsöndürən və hava avadanlığı ilə yeni yanğınların qarşısını almaq üçün fəaliyyət göstərir.
Gülnar