RU

Azərbaycan milliləri Avropa çempionatına yollandılar

Azərbaycanın çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak məqsədilə Avstriya və İspaniyaya yola düşüblər.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Voleybol Federasiyası yayıb. 

U-22 millisi avqustun 14-17-si aralığında Avstriya, U-20 isə avqustun 20-25-i aralığında İspaniyadakı yarışda iştirak edəcək.

Ölkə hər iki turnirdə həm oğlanlardan (Muhammad Aslanlı/İbrahim Məmmədov; ehtiyat komanda Nəriman Bayramlı/Tural Əsgərov), həm də qızlardan (Səbinə Əlizadə/Cəmilə Bəşirova) ibarət bir komanda ilə təmsil olunacaq.

Избранный
66
3
fanat.az

4Источники