AZ

Azərbaycan çimərlik voleybolu yığmaları Avropa çempionatlarında mübarizə aparacaq

Çimərlik voleybolu üzrə Azərbaycan milli komandaları Avropa çempionatlarında iştirak etmək məqsədilə bu gün Avstriyaya yola düşüblər.

Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçiləri əvvəlcə 14-17 avqust tarixlərində Avstriyada keçiriləcək U-22 Avropa çempionatında, daha sonra isə 20-25 avqust tarixlərində İspaniyada təşkil olunacaq U-20 Avropa çempionatında iştirak edəcəklər.

Ölkəmiz hər iki turnirdə həm oğlanlardan (Muhammad Aslanlı/İbrahim Məmmədov; ehtiyat komanda Nəriman Bayramlı/Tural Əsgərov), həm də qızlardan (Səbinə Əlizadə/Cəmilə Bəşirova) ibarət bir komanda ilə təmsil olunacaq.

Qızlardan ibarət komandamızın baş məşqçisi Nihad Tarverdiyev, oğlanlardan ibarət komandamızın baş məşqçi isə Atvars Vildensdir.

Seçilən
105
3
operativmedia.az

4Mənbələr