RU

Messi ilə bağlı son xəbər

Lionel Messinin səhhəti ilə bağlı yeni xəbər yayılıb.

“İnter Mayami”nin ulduz futbolçusu MLS-də daha bir oyunu buraxmalı olacaq. Bu barədə komandanın baş məşqçisi Xavyer Masçerano açıqlama verib.

O, 38 yaşlı hücumçunun “Orlando Siti” ilə oyunda meydana çıxmayacağını söyləyib:
“Hər şey qaydasındadı. Amma risk etməyəcəyik. Biz nikbinik. Messi tezliklə sıralarımıza dönəcək”.
“Orlando Siti” – “İnter Mayami” matçı avqustun 11-də keçiriləcək. Qeyd edək ki, Lionel avqustun 3-də Liqa Kubokunda Meksikanın “Nekaksa” komandasına qarşı keçirilən oyunda zədələnib.
Избранный
29
1
football-plus.az

10Источники