Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayıb.
Yenisabah.az moder.az-a istinadla xəbər verir ki, ötən illə müqayisədə bu il bəzi universitetlərdə rus dili bölməsinə ixtisas seçimi aparılmayacaq.
"Abituriyent" jurnalının 2025-ci ilin 4-cü nömrəsindəki bir sıra ali təhsil müəssisələrinin ixtisas siyahısında rus dili bölməsinə müsabiqə ləğv olunub. Halbuki ötən il həmin ixtisaslar üzrə rus dili bölməsinə qəbul həyata keçirilib. Toyuqlu pizza
Beləliklə, rus dili bölməsinə qəbulu dayandıran universitetlərin siyahısını təqdim edirik:
I qrup üzrə
Bakı Dövlət Universiteti (BDU)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Bakı Mühəndislik Universiteti (BMU)
Dövlət Dəniz Akademiyası
Gömrük Akademiyası
Naxçıvan Dövlət Universiteti (NDU)
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)
Azərbaycan Texnologiya Universiteti
Sumqayıt Dövlət Universiteti (SDU)
"Azərbaycan" Universiteti
II qrup üzrə
Azərbaycan Texniki Universiteti (AzTU)
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Bakı Mühəndislik Universiteti (BMU)
ADA Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU)
Azərbaycan Dövlət Turizm və Menecment Universiteti
Gömrük Akademiyası
Naxçıvan Dövlət Universiteti (NDU)
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)
"Azərbaycan" Universiteti
Bakı Avrasiya Universiteti
Bakı Biznes Universiteti
III qrup üzrə
Bakı Dövlət Universiteti (BDU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Milli Aviasiya Akademiyası
Naxçıvan Dövlət Universiteti (NDU)
"Azərbaycan" Universiteti
Bakı Avrasiya Universiteti
IV qrup üzrə
Bakı Dövlət Universiteti (BDU)
Azərbaycan Tibb Universiteti (ATU)
Bakı Mühəndislik Universiteti (BMU)
Naxçıvan Dövlət Universiteti (NDU)
Gəncə Dövlət Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)
Azərbaycan Texnologiya Universiteti
Sumqayıt Dövlət Universiteti (SDU)
V qrup üzrə
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Bakı Mühəndislik Universiteti
ADA Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU)
Azərbaycan Texnologiya Universiteti
Telegram kanalımız