RU

“Dünyanın ən yaxşı məşqçisi” mükafatına namizədlər açıqlandı


“France Football” jurnalı 2025-ci il üçün dünyanın ən yaxşı məşqçisinə verilən “Kruiff kuboku” mükafatına namizədlərin adlarını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, siyahıda 5 məşqçinin adı yer alıb.
Bu mükafatı 2024-cü ildə Karlo Ançelotti (“Real Madrid”) qazanıb. Ancaq jurnal yeni siyahıya italiyalı mütəxəssisin adını daxil etməyib.  
Dünyanın ən yaxşı məşqisi siyahısına namizədləri təqdim edirik:
- Antonio Konte (“Napoli”);
- Luis Enrike (PSJ);
- Hans Diter Flik (“Barselona”);
- Enso Mareska (“Çelsi”);
- Arne Slot (“Liverpul”).


Qeyd edək ki, əvvəllər bu siyahıdan yalnız Luis Enrike “Kruiff kuboku” mükafatını qazanıb. Belə ki, o, 2015-ci ildə “Barselona” ilə trebl qazandıqdan sonra birinci yeri tutub. İndi ispaniyalı həm də kubokun əsas favoritidir.
Избранный
12
29
yeniavaz.com

10Источники