ESPN nəşri Avropanın ən yaxşı 30 klub məşqçisinin reytinqini açıqlayıb.
Msport.az xəbər verir ki, müəlliflər siyahını tərtib edərkən məşqçilik fərasəti, futbol üslubu, idarəetmə bacarığı, oyunçular və media ilə ünsiyyət, nailiyyətlərin tarixi və yeni ideyaları təəccübləndirmək, yaratmaq bacarığı kimi parametrlərə diqqət yetiriblər.
Hər bir məşqçi 100 ballıq sistemlə qiymətləndirilib. Eyni zamanda, portal komandalara bir ildən artıqdır rəhbərlik etməyən və ya milli komandaları çalışdıran məşqçiləri də nəzərə almayıb.
İlk sırada 86 bal toplayan PSJ-nin baş məşqçisi Luis Enrike qərarlaşıb. İkinci yerdə “Liverpul”lu Arne Slot yer alıb. İlk “üçlüy”ü isə “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola tutub.
Avropanın ən yaxşı 30 klub məşqçisi:
Luis Enrike (PSJ);
Arne Slot (“Liverpul”);
Pep Qvardiola (“Mançester Siti”);
Xabi Alonso (“Real”);
Hans-Diter Flik (“Barselona”);
Mikel Arteta (“Arsenal”);
Antonio Konte (“Napoli”);
Simone İnzagi (“İnter”);
Can Pyero Qasperini (“Roma”);
Ernesto Valverde (“Atletik”);
Unai Emeri (“Aston Villa”);
Enzo Mareska (“Çelsi”);
Andoni İraola (“Bornmut”);
Oliver Qlasner (“Kristal Pelas”);
Eddi Hau (“Nyukasl Yunayted”);
Dieqo Simeone (“Atletiko”);
Tomas Frank (“Tottenhem”);
Roberto De Zerbi (“Marsel”);
Vensan Kompani (“Bavariya”);
Massimiliano Alleqri (“Milan”);
Tiaqo Motta (klubsuz);
Angelos Postekoqlu (klubsuz);
Brendan Rocers (“Seltik”);
Ruben Amorim (“Mançester Yunayted”);
Marko Silva (“Fulhem”);
Erik ten Haq (“Bayer”);
Fabian Hürseler (“Brayton”);
David Moyes (“Everton”);
Nunu Eşpirito Santu (“Nottingem Forest”);
Dino Toppmöller (“Ayntraxt”).