RU

Qəzzada 2 jurnalist öldürülüb

Qətərin “Əl-Cəzirə” telekanalı İsrailin Qəzza şəhərinə endirdiyi hava zərbəsi nəticəsində dörd əməkdaşının həlak olduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölənlər arasında müxbirlər Ənəs əl-Şərif və Məhəmməd Kreyka, eləcə də iki operator yer alır.

Partlayış baş verən vaxt jurnalistlər Əl-Şifa xəstəxanasının girişində media nümayəndələri üçün qurulan çadırda olublar.

Hadisə nəticəsində ümumilikdə yeddi nəfər həyatını itirib.

İsrail ordusu isə bəyan edib ki, “Əl-Cəzirə”nin əməkdaşı kimi təqdim edilən Ənəs əl-Şərif əslində HƏMAS-ın bölmələrindən birinə rəhbərlik edib və İsrailin mülki əhalisinə və hərbçilərinə qarşı raket hücumlarında məsuliyyət daşıyıb. Ordunun açıqlamasına görə, əl-Şərif məqsədli əməliyyat zamanı məhv edilib.

Избранный
108
9
operativmm.az

10Источники