Qətərin “Əl-Cəzirə” telekanalı İsrailin Qəzza şəhərinə endirdiyi hava zərbəsi nəticəsində dörd əməkdaşının həlak olduğunu açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölənlər arasında müxbirlər Ənəs əl-Şərif və Məhəmməd Kreyka, eləcə də iki operator yer alır.
Partlayış baş verən vaxt jurnalistlər Əl-Şifa xəstəxanasının girişində media nümayəndələri üçün qurulan çadırda olublar.
Hadisə nəticəsində ümumilikdə yeddi nəfər həyatını itirib.
İsrail ordusu isə bəyan edib ki, “Əl-Cəzirə”nin əməkdaşı kimi təqdim edilən Ənəs əl-Şərif əslində HƏMAS-ın bölmələrindən birinə rəhbərlik edib və İsrailin mülki əhalisinə və hərbçilərinə qarşı raket hücumlarında məsuliyyət daşıyıb. Ordunun açıqlamasına görə, əl-Şərif məqsədli əməliyyat zamanı məhv edilib.