RU

“Kəpəz” BOKT-nin yarımillikdə mənfəəti azalıb

“Kəpəz” BOKT MMC 2025-ci ilin 1-ci yarımilliyini 445 min manat mənfəətlə başa vurub. 2024-cü ilin eyni aylarında BOKT-un mənfəəti 853 min manat olub ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın azalma deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında BOKT-un faiz gəlirləri 1 milyon 824 min manat, cəmi faiz xərcləri 447 min manat təşkil edib.

30 iyun 2025-ci il tarixinə “Kəpəz” BOKT-un aktivləri 11 milyon 989 min manat olub. Ötən ilin eyni dövründə isə BOKT-un aktivləri 10 milyon 696 min manat təşkil edib.

Избранный
15
1
banker.az

2Источники