RU

Ərdoğan bu gün Ermənistan-Azərbaycan sazişini müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasında Ermənistan və Azərbaycanın avqustun 8-də Ağ Evdə əldə etdiyi razılaşmaları müzakirə edəcək.

Modern.az xəbər verir ki, bu barədə CNN Türk-ün məlumatında bildirilib.

Xatırladaq ki, ABŞ-da Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh sazişinin paraflanmasıma dair sənəd imzalanıb.

Bununla yanaşı, Türkiyə Nazirlər Kabinetinin iclasında xarici siyasət gündəminin əsas mövzusu Qəzzadakı vəziyyət olacaq. Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu mövzuda təmasları barədə prezidentə məlumat verəcəyi gözlənilir.

Избранный
40
38
modern.az

10Источники