RU

“Kristal Pelas” “Liverpul”u məğlub edərək İngiltərə Superkubokunu qazanıb

“Kristal Pelas” penaltilər seriyasında “Liverpul”u məğlub edərək tarixində ilk dəfə İngiltərə Superkubokunu qazanıb.

"Report"un məlumatına görə, qarşılaşma Londondakı "Uembli" stadionunda keçirilib.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. "Kristal Pelas"ın heyətində Jan-Filipp Mateta (17-ci dəqiqə, penalti), İsmayıl Sarr (77) fərqləniblər. "Liverpul"un qollarını Uqo Ekitike (4), Ceremi Frimponq (21) vurublar. Penaltilər seriyasında "Kristal Pelas" dəqiq olub - 3:2.

"Kristal Pelas" tarixində ilk dəfə İngiltərə Superkubokunu qazanıb, “Liverpul” 16 dəfə kuboka sahib olub.

Избранный
105
22
report.az

10Источники