"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Şkendiya"nı (Şimali Makedoniya) qəbul edəcək.
QOL.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq matç Azərbaycanda "CBC Sport" telekanalında canlı yayımlanacaq.
Xatırladaq ki, komandalar arasında Skopyedə keçirilən ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.