RU

İngiltərə Superkuboku: Kristal Palas Liverpul qarşılaşması

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Bu gün İngiltərə Superkuboku çərçivəsində "Kristal Palas" "Liverpul"la üz-üzə gələcək.

İdman.biz xəbər verir ki, qarşılaşma paytaxt Londonun "Uembli" stadionunda keçiriləcək.

Oyunu baş hakim Kris Kavana idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

İngiltərə Superkuboku. Final

10 avqust

Saat 18:00

"Kristal Palas" - "Liverpul"

Qeyd edək ki, ötən mövsüm 38 turda 84 xal toplayan mersisaydlılar İngiltərə çempionu olublar. "Qartallar" isə final matçında “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edərək İngiltərə Kubokunu qazanıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
123
3
icma.az

5Источники