ain.az bildirir, Olke.az saytına əsaslanaraq.
Rusiyanın Sıktıvkar şəhərində 12 yaşlı boksçu İlya Digel faciəvi şəraitdə dünyasını dəyişib.
"Ölkə.az" xəbər verir ki, igel və onun 13 yaşlı əmisi oğlu Vıçeqda çayında boğulub.
Mənbənin sözlərinə görə, əmioğluları dostları çay sahilində baş tutmalı olan ad gününə dəvət ediblər. Şənlik zamanı qardaşlar çimmək üçün çaya girib və batıblar.
Avqustun 4-də Vıçeqda çayında çimərkən itkin düşən əmioğluların cəsədləri ertəsi gün dalğıclar tərəfindən aşkar edilib.
Rusiya Federasiyası İstintaq Komitəsinin Komi Respublikası üzrə İstintaq İdarəsi yeniyetmələrin ölümü ilə bağlı araşdırmalara başlayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.