Ukrayna Müdafiə Qüvvələri Sumı vilayətində yerləşən Bezsalovka yaşayış məntəqəsini azad edərək tamamilə rus ordusundan təmizləyiblər.
APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Əməliyyata 33-cü ayrı hücum polkunun və 24-cü ayrı hücum taborunun bölmələri cəlb olunub. Döyüş əməliyyatları zamanı ukraynalı əsgərlər 18 rus işğalçısını məhv ediblər. Ukrayna Silahlı Qüvvələri düşməni məhv etməyə və dövlətimiz üçün ədalətli sülhü yaxınlaşdırmağa davam edir”, – Baş Qərargahın məlumatında qeyd olunub.