Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.
Tribunainfo.az-ın məlumatına görə, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.
Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib.
Belə ki, xəsarət alan kənd sakinləri – 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.
Faktla bağlı araşdırma aparılır.
report