AZ

Xaçmazda çaqqallar sakinlərə HÜCUM ETDİ

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

 

Hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib. Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib.

 

Xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

 

Faktla bağlı araşdırma aparılır. (Report)

Tarix: 10 Avqust 2025, 14:05   
Seçilən
21
29
pravda.az

10Mənbələr