Türkiyədə ötən ay son 55 ilin ən isti iyul ayı qeydə alınıb.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit Nazirliyi açıqlayıb.
Türkiyə hökumətinin məlumatına görə, ölkənin 220 meteoroloji stansiyasının 66-da qeydə alınan temperatur əvvəlki illərlə müqayisədə orta hesabla 1.9 dərəcə yüksək olub.