Türkiyədə ötən ay son 55 ilin ən isti iyul ayı qeydə alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Ətraf Mühit Nazirliyinin yaydığı açıqlamada belə deyilir.
Türkiyə hökumətinin məlumatına görə, ölkənin 220 meteoroloji stansiyasının 66-da qeydə alınan temperatur əvvəlki illərlə müqayisədə orta hesabla 1.9 dərəcə yüksək olub.