Sentyabrın 1-dən Rusiyada əcnəbilərin qeydiyyatı, miqrasiya uçotu və iş icazələrinin rəsmiləşdirilməsi üzrə dövlət rüsumları dəyişəcək.
Bakues.az xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının üzvü Yevgeni Maşarov məlumat verib.
Yeni rüsumlar belə olacaq:
Müvəqqəti qeydiyyat – 500 rubl (hazırda pulsuzdur)
Viza müddətinə bağlı olmayan qalma müddətinin uzadılması – 1 000 rubl
İş icazəsi və ya patentin verilməsi/uzadılması – 4 200 rubl
İcazə sənədinin dublikatı və ya dəyişiklik edilməsi – 2 100 rubl
Daimi yaşayış qeydiyyatı – 1 000 rubl (hazırda 420 rubl)
Maşarovun sözlərinə görə, bu dəyişikliklər qanuni əmək miqrantlarına ciddi təsir etməyəcək, lakin qeyri-qanuni miqrasiyanın azalmasına səbəb ola bilər.