AZ

Rusiyada əcnəbilər üçün dövlət rüsumları artırılır

Sentyabrın 1-dən Rusiyada əcnəbilərin qeydiyyatı, miqrasiya uçotu və iş icazələrinin rəsmiləşdirilməsi üzrə dövlət rüsumları dəyişəcək.

 

Teleqraf-ın xəbərinə görə, bu barədə Rusiya İctimai Palatasının üzvü Yevgeni Maşarov məlumat verib.

 

Yeni rüsumlar belə olacaq:

 

Müvəqqəti qeydiyyat – 500 rubl (hazırda pulsuzdur)

 

Viza müddətinə bağlı olmayan qalma müddətinin uzadılması – 1 000 rubl

 

İş icazəsi və ya patentin verilməsi/uzadılması – 4 200 rubl

 

İcazə sənədinin dublikatı və ya dəyişiklik edilməsi – 2 100 rubl

 

Daimi yaşayış qeydiyyatı – 1 000 rubl (hazırda 420 rubl)

 

Maşarovun sözlərinə görə, bu dəyişikliklər qanuni əmək miqrantlarına ciddi təsir etməyəcək, lakin qeyri-qanuni miqrasiyanın azalmasına səbəb ola bilər.

Seçilən
36
6
senzor.az

7Mənbələr