RU

ÇIndə qədim dinozavr fosili aşkarlanıb

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Çində yeni dinozavr növü kəşf edilib.

TurkicWorld xəbər verir ki, Yunnan əyalətində aşkar olunan yaxşı qorunmuş fosillər Sauropodomorpha qrupuna aid yeni bir növün mövcudluğunu ortaya qoyub.

“Wudingloong wui” adlandırılan bu növ təxminən 200 milyon il əvvəl — erkən Yura dövrünə aid edilir.

Alimlər bildiriblər ki, Şərqi Asiyada indiyə qədər aşkarlanmış ən qədim Sauropodomorpha fosili olan “Wudingloong wui” kiçik ölçülü, uzun barmaqlı və ehtimal ki, iki ayaq üzərində hərəkət edən bir dinozavr olub. Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc edilib.

Qeyd edək ki, Sauropodomorpha uzunboyunlu, əsasən ot yeyən dinozavrları əhatə edən bir qrupdur.

Избранный
109
50
turkic.world

10Источники