AZ

Urartu dövrünə aid qədim məbədlər aşkarlandı

Kulis.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Van vilayətinin Muradiyə rayonuna bağlı Uluşar kəndində yerləşən qədim Urartu qalasında aparılan arxeoloji qazıntıların builki mərhələsinə start verilib.

Kulis.az xəbər verir ki, Yüzüncü İl Universitetinin arxeologiya bölməsinin müəllimi Sabahattin Ərdoğanın rəhbərliyi ilə aparılan qazıntılar zamanı bazalt daşlarla tikilmiş divarlar və iki məbəd aşkarlanıb.

İki il əvvəl tapılan mixi yazılı daş bloklar üzərində aparılan araşdırmalar nəticəsində şəhərin Urartu dövründəki adının “Haldi Patari”, yəni “Tanrı Haldinin müqəddəs şəhəri” olduğu müəyyən edilib.

Qeyd edək ki, qazıntılarda eyni zamanda Urartu dövrünə aid ox ucu, orta əsrlərə aid sikkələr və müxtəlif keramik nümunələr də aşkar olunub.

Bred Pittin evi qarət edildi

Orta əsr rəssamlarının əsərləri sərgiləndi

Conni Deppin yeni filmi – Bu dəfə özü çəkib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
50
kulis.az

10Mənbələr