RU

Xameneinin müşaviri: İran ya Rusiya ilə ya da Rusiyasız bu dəhlizin qarşısını alacaq

Qafqaz dünyanın ən həssas coğrafi nöqtələrindən biridir və bu keçid Trampa məxsus dəhlizə deyil, Trampın muzdluları üçün qəbiristanlığa çevriləcək.

Operativ Media xəbər verir ki, bunu Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Təsnim Xəbər Agentliyinə müsahibəsində deyib.

"Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirməyə dəhliz lazım deyil. Bu yolu İran da verir. ABŞ-də razılaşdırılan Zəngəzur dəhlizi region üçün təhdiddir və İran ya Rusiya ilə ya da Rusiyasız bu dəhlizin qarşısını alacaq", - deyə o qeyd edib.

Избранный
126
50
operativmedia.az

10Источники