Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın ABŞ-ın Alyaska ştatında görüşünün elan edilməsinin Qərbi tamamilə çaş-baş saldığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Filippo Ukraynaya silah yardımını dayandırmağa və sülhə nail olmaq üçün səyləri birləşdirməyə çağırıb.
Qeyd edək ki, Vladimir Putin və Donald Trampın görüş yeri avqustun 9-na keçən gecə məlum olub. İki ölkə liderləri görüşün tarixinə də qərar veriblər. Görüşün avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılıb.