AZ

Tramp Putinlə Alyaskada görüşəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşünün cümə günü, avqustun 15-də Alyaskada baş tutacağını bildirib. O, daha ətraflı məlumatı sonra verəcəyini vəd edib.

Xəbəri RBC verib.

“Amerika Birləşmiş Ştatlarının Prezidenti və Rusiya Prezidenti Vladimir Putin arasında çoxdan gözlənilən görüş gələn cümə günü, 2025-ci il avqustun 15-də Böyük Alyaska ştatında baş tutacaq”, - Tramp bildirib.

1867-ci ildə Rusiya İmperiyası Alyaskanı Amerika Birləşmiş Ştatlarına satıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov avqustun 7-də Putinin ABŞ prezidentinin nümayəndəsi Stiven Uitkoff ilə bir gün əvvəl apardığı üç saatlıq danışıqlardan sonra bildirib ki, Rusiya və ABŞ Putin və Tramp arasında şəxsi görüş barədə razılığa gəliblər. Uşakovun sözlərinə görə, “Görüş gələn həftəyə müəyyən edilib, tərəflər bu mühüm görüşə hazırlaşmağa başlayırlar və hazırlığın neçə gün çəkəcəyini söyləmək çətindir”. 

Rusiya prezidenti amerikalı həmkarı ilə görüş üçün uyğun məkanlardan biri kimi BƏƏ-nin adını çəkib.

P.ƏMİRCANOV
XQ

Seçilən
52
50
xalqqazeti.az

10Mənbələr