İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qurbanı fəndi kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “Toyota” və “VAZ-21011” markalı avtomobillər toqquşub.
Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bizim.Media, Aran bürosu